Merhaba Misafir

«Azərbaycan məktəbi» jurnalının sələfləri və pedaqoji mətbuat tarixindəki xidmətləri

PDF

«Azərbaycan məktəbi» jurnalı tarixi yol keçmiş, milli məktəb və pedaqoji elmlərin tərəqqisində böyük xidmətlər göstərmişdir. Bu gün müstəqil Azərbaycanda fəaliyyət göstərən «Azərbaycan məktəbi» təhsilin, pedaqoji elmlərin inkişafında, Azərbaycan xalq pedaqogikasından başlayaraq maarifçilərin, mütəfəkkirlərin, həmçinin mütərəqqi rus və Avropa pedaqoqlarının ideyalarının yayılmasında tarixi rol oynamışdır. Jurnalın səhifələrində dərc edilən pedaqoji nəzəriyyələr, məktəb və pedaqoji fikir tarixinə dair məqalələr, məktəbşünaslıq, ailə tərbiyəsi, məktəbəqədər tərbiyə, həmçinin fənlərin tədrisi metodikasına dair yazılar təhsil işçilərinin fəaliyyətinin düzgün qurulmasında əhəmiyyətli rol oynamışdır. Ötən əsrin ikinci yarısından başlayaraq pedaqoji elmlər sahəsində xidməti olan ziyalıların böyük əksəriyyəti bu mətbuat orqanından bəhrələnmişdir. Jurnalın tarixinə nəzər salsaq, orta əsrlərdə Azərbaycanda məktəb təhsilinin ümumi səciyyəsini göstərən məqalələr, respublikamızda dünyəvi təhsil müəssisələrinə, onların quruluşuna, bu məktəblərin tarixi roluna, rus-Azərbaycan və Zaqafqaziya xalqlarının pedaqoji əlaqələrinə, ölkəmizdə müəllim kadrları hazırlığının bir çox cəhətlərinə aid xeyli dəyərli məqalələrin dərc edildiyi aşkar olur. Bu da həqiqətdir ki, Azərbaycan xalq pedaqogikasından yüzlərlə mütəfəkkirin, pedaqoqun, maarifçinin, müəllimin, metodistin həyatı və fəaliyyəti, pedaqoji ideyaları ilk dəfə bu jurnal vasitəsilə xalqımıza çatdırılmışdır. Məqalənin yazılmasında məqsəd, Azərbaycan təhsilinin və pedaqoji elminin inkişafında misilsiz xidmətləri olan «Azərbaycan məktəbi»nin keçdiyi yola nəzər salmaqdır.

Yayınlandığı Kaynak : Azərbaycan Məktəbi
  • Yıl : 2019
  • DOI : 10.32906/AJES/686/2019.01.48
  • Cilt : 2019
  • ISSN : 0134-3289
  • Sayı : 1
  • eISSN : 2617-8060
  • Sayfa Aralığı : 183-199
  • IO Kayıt No : 99190
  • Yayıncı : Azerbaycan Cumhuriyeti Eğitim Bakanlığı