Merhaba Misafir

Türkiyədə məktəblilərlə sosial işin tətbiqi sahəsinin qiymətləndirilməsi: Yeni üfüqlər və proqnozlar

PDF

Məktəb uşağın hərtərəfli inkişafında, kamil şəxsiyyət kimi cəmiyyətdə layiqli yer tutmasında və sosiallaşma prosesində olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məktəb mühitində şagirdlərin ailələri ilə davamlı əlaqə saxlanılması, şagirdlərin hərtərəfli inkişaflarının dəstəklənməsi, onların bioloji, psixoloji və sosial problemlərinin həlli üçün multidisiplinar yanaşmaların tətbiq olunması zəruridir. Bu məqsədlə məktəbdə təhsil prosesinin təşkili və tənzimlənməsi prosesındə sosial iş ixtisası ilə bağlı mütəxəssisin olması vacib şərtlərdən biridir. Məktəblərdə uşaqların hərtərəfli inkişafı üçün göstərilən sosial iş sahəsi elmi ədəbiyyatda «məktəblilərlə sosial iş» kimi qeyd olunmuşdur. Bu məqalədə məktəblilərlə sosial işin əhatə dairəsinin əsasları haqqında məlumat verilərək, bu sahənin inkişaf tarixi və dünya təcrübəsi təhlil olunmuşdur. Məqalənin ikinci hissəsində İstanbulun Üsküdar rayonunun Kirazlı məhəlləsindəki ümumtəhsil məktəbində təhsil alan 32 şagirdin yaşadığı evlərdə aparılan sosial tədiqiqatın nəticəsi qiymətləndirilmişdir. Tədiqat nəticəsində ailələrdəki ehtiyacların və nöqsanların müəyyən edilməsi və bu problemlərin aradan qaldırılması üçün məktəblərdə sosial iş sahəsinin tətbiqinin vacibliyi aşkarlanmışdır.

Yayınlandığı Kaynak : Azərbaycan Məktəbi
  • Yıl : 2018
  • DOI : 10.32906/AJES/683.2018.04.25
  • Cilt : 2018
  • ISSN : 0134-3289
  • Sayı : 4
  • eISSN : 2617-8060
  • Sayfa Aralığı : 12-25
  • IO Kayıt No : 91014
  • Yayıncı : Azerbaycan Cumhuriyeti Eğitim Bakanlığı