Merhaba Misafir

Fəlsəfi kontekstdə oyun nəzəriyyəsi və tədris prosesində oyun texnologiyalarının tətbiqi

PDF

Məqalədə fəlsəfi və kulturoloji aspektlərdən oyun nəzəriyyəsi və Homo Ludens, yəni «Oynayan İnsan» anlayışından bəhs edilir. İohan Heyzinqa, Roje Kayua, Jil Delöz, Vadim Demçoq, Jan Piaje kimi filosofların misallar vasitəsilə insan anlayışının nə üçün oyunla assosiasiya olunduğu fəlsəfi və psixoloji təhlillərlə göstərilir. Oyunun yarış, təsadüf, obrazlar kontekstində müxtəlif variasiyaları haqqında mülahizələr irəli sürülür, eləcə də bu anlayışların uşaq və yeniyetmələrin həyatında nə kimi rol oynadığı müəyyənləşdirilir. Həmçinin, bəzi oyun texnologiyalarından nümunələr verilərək uşaqların elmi qavrama üsullarının sadələşdirilməsi və təhsilə marağının artırılması barəsində sistemlər nümayiş edilir. Son illər təhsil sahəsində dünyada geniş tətbiq edilən Gamification in education (Təhsildə oyunlaşdırma) nəzəri və praktik bəhsinə bir giriş kimi yazılan bu məqalədə insan anlayışı, onun ətraf mühit, əşyalar və təbiətlə münasibətləri şərh olunur.

Yayınlandığı Kaynak : Azərbaycan Məktəbi
  • Yıl : 2018
  • DOI : 10.32906/AJES/683.2018.02.12
  • Cilt : 2018
  • ISSN : 0134-3289
  • Sayı : 2
  • eISSN : 2617-8060
  • Sayfa Aralığı : 157-166
  • IO Kayıt No : 82450
  • Yayıncı : Azerbaycan Cumhuriyeti Eğitim Bakanlığı