Merhaba Misafir

Təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı (1918-ci il)

PDF

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandığı ilk gündən etibarən ölkənin ərazi bütövlüyü və suverenliyini təmin etmək üçün ciddi addımlar atmaqla yanaşı, ölkənin dirçəlişi naminə əsas amil hesab etdiyi maarif və mədəniyyətin inkişafına da böyük əhəmiyyət vermiş, ölkədə sabitlik möhkəmləndikcə bu sahəyə daha çox diqqət ayırmağa başlamışdır. Azərbaycan hökuməti hərbi-siyasi və iqtisadi sahələrdə olduğu kimi, maarif sahəsində də dost və qardaş Türkiyə ilə əməkdaşlıq etmiş, onun köməyindən və təcrübəsindən faydalanmışdır. Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 1918-ci ilin sonlarınadək olan dövrdə təhsil və mədəniyyət sahəsində Azərbaycan-Osmanlı əməkdaşlığı araşdırılmışdır. Bu əməkdaşlıq nəticəsində Azərbaycan gənclərinin Türkiyə ali məktəblərində təhsil alması, Azərbaycana türk müəllim kadrlarının göndərilməsi, həmçinin yerli müəllim kadrlarının hazırlanması işinin təşkili, ölkədəki məktəb və gimnaziyaların Türkiyədə nəşr edilmiş dərslik, dərs vəsaitləri və proqramları ilə təmin edilməsi sahələrində mühüm nəticələr əldə edildi. Eyni zamanda, uzun illər ərzində bir-birindən ayrı düşmüş Azərbaycan və Türkiyə xalqlarının mədəniyyət nümunələri qarşılıqlı olaraq təbliğ edildi.

Yayınlandığı Kaynak : Azərbaycan Məktəbi
  • Yıl : 2018
  • DOI : 10.32906/AJES/683.2018.02.09
  • Cilt : 2018
  • ISSN : 0134-3289
  • Sayı : 2
  • eISSN : 2617-8060
  • Sayfa Aralığı : 125-138
  • IO Kayıt No : 82447
  • Yayıncı : Azerbaycan Cumhuriyeti Eğitim Bakanlığı