Merhaba Misafir

Orta əsrlər Azərbaycanında təhsil anlayışı, strukturu, metodologiyası və tədris vasitələri (X-XVI əsrlər)

PDF

Müasir yerli və xarici tarixşünaslıqda Azərbaycanın orta əsrlər təhsil tarixi ümumi halda işıqlandırılıb. Həmin çalışmalar, əsasən, tədris məkanları (mədrəsə və sufi dərgahları) və mədəniyyətin bəzi sahələrini (elm, ədəbiyyat və memarlıq) əhatə edir. Bizim məqalədə isə tədris müddəti, səviyyəsi, qaydaları, dərsliklər, kitabxanalar, dərs ilinin açılışı, tələbələrin təqaüd və müəllimlərin maaş sistemi, yetim və kimsəsiz uşaqların tərbiyəsi və təhsili haqqında bu vaxta qədər mədəniyyət tariximizdə işlənməyən mövzular tədqiq olunub. Orta əsrlərin zəngin mədəni irsi çox zaman siyasi və sosial hadisələrin işığında araşdırıldığı üçün insan həyatı ilə birbaşa bağlı məsələlər arxa planda qalmışdır. Halbuki orta əsrlərin maddi, dini, hüquqi və mənəvi mədəniyyəti əksər hallarda siyasi hadisələrin önündə gəlirdi. Orta əsr Azərbaycan hökmdarlarının bir çox hallarda alim və şair kimliyi ilə diqqət çəkməsi məhz dövrün təhsil anlayışının səviyyəsinə və əhəmiyyətinə işarədir. Mənbələr orta əsrlər Azərbaycanında içində birdən çox orta və ali təhsil ocaqlarının olduğu şəhərlərdən, böyük vəqflərdən və hətta vəqf şəhərlərindən, mədrəsələrdə dərs verən çoxsaylı alim və müdərrislərdən, böyük və məşhur kitabxanalardan, xalqın təhsil səviyyəsindən bəhs edirlər. Bu dövrdə elmin bəzi sahələrinin, xüsusilə də ədəbiyyat, siyasət elmi, tibbin geniş rəğbət gördüyünə və inkişafına şahid oluruq. Maraqlı cəhətdir ki, tədqiq edilən dövrdə mövcud olmuş dövlətlərin məmur və dövlət adamlarını, hətta hərbi kadrlarını hazırlamaq üçün xüsusi məktəbləri fəaliyyət göstərirdi. Nəticə etibarilə orta əsrlərdə təhsilə maraq yüksək idi. Bu da bizə, müasir tarixçilikdə zənn edildiyinin əksinə, orta əsr insanlarının təhsil və elmdən uzaq, savadsız kütlələr olmadığını deməyə əsas verir.

Yayınlandığı Kaynak : Azərbaycan Məktəbi
  • Yıl : 2018
  • DOI : 10.32906/AJES/683.2018.02.08
  • Cilt : 2018
  • ISSN : 0134-3289
  • Sayı : 2
  • eISSN : 2617-8060
  • Sayfa Aralığı : 107-123
  • IO Kayıt No : 82446
  • Yayıncı : Azerbaycan Cumhuriyeti Eğitim Bakanlığı