Merhaba Misafir

İbtidai təhsil səviyyəsi üzrə «Həyat bilgisi» kurikulumunun müqayisəli təhlili

PDF

«Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nda milli təhsil sisteminin insan kapitalının inkişaf çağırışlarına adaptasiyasının və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına çatdırılması, habelə ümumi təhsil pilləsində sosial-iqtisadi inkişafın prioritetlərinə uyğun, təcrübəyə və elmə əsaslanan iqtisadiyyatın yaradılmasına yönəldilmiş kurikulumun inkişafının vacibliyi önə çəkilir. Bu prioritet dövlətin yeni milli kurikulumun təhsildə yüksək göstəricilər nümayiş etdirmiş ölkələrin kurikulumuna uyğun gəlməsini və məktəblilərin ən yüksək beynəlxalq standartlara uyğun nailiyyətlər qazanmasını təmin etmək iradəsinin göstəricisidir. Respublikamızın ümumtəhsil müəssisələrinin ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlərinin TIMSS 2011 (Trends in Mathematics and Science Study) beynəlxalq qiymətləndirməsində təbiət elmləri üzrə nəticələri ölkələrarası orta baldan aşağı olub. Bu fakt həmin nəticələrin mümkün səbəblərinin aydınlaşdırılmasına müəllif marağının yaranmasına səbəb oldu. Bu məqsədlə «Həyat bilgisi» fənni üzrə milli kurikulumun TIMSS 2015-də yüksək nəticə nümayiş etdirmiş Rusiya Federasiyasının (RF) eyni kurikulum sənədi və TIMSS 2015 kurikulum qiymətləndirmə sənədi ilə müqayisəli təhlili aparılıb. Aparılmış təhlil Azərbaycan kurikulumunun məzmun və koqnitiv domen, eləcə də seçilmiş digər aspektlər baxımından təhlil edilmiş hər iki kurikulum sənədi ilə uyğunluq səviyyəsinin kifayət qədər yüksək olmadığını üzə çıxardı. Bu məqalədə yüksək nəticələr göstərmiş ölkələrin kurikulumunun inkişaf təcrübəsinin öyrənilməsində faydalı ola biləcək təhlillərin ilkin nəticələri təqdim edilir. O cümlədən, bu təhlil milli kurikulumu yüksək beynəlxalq standartlara uyğun səviyyəyə çatdırmaq üçün onun hansı istiqamətdə təkmilləşdirilməli olduğunu göstərməyə də kömək ola bilər.

Yayınlandığı Kaynak : Azərbaycan Məktəbi
  • Yıl : 2018
  • DOI : 10.32906/AJES/683.2018.02.06
  • Cilt : 2018
  • ISSN : 0134-3289
  • Sayı : 2
  • eISSN : 2617-8060
  • Sayfa Aralığı : 75-88
  • IO Kayıt No : 82444
  • Yayıncı : Azerbaycan Cumhuriyeti Eğitim Bakanlığı