Merhaba Misafir

Şagird şəxsiyyətinin sosiallaşması prosesində müasir təlim metodlarının rotasiyası

PDF

Məqalədə şagird şəxsiyyətinin sosiallaşmasını şərtləndirən müasir dərsin əsas imkanları barədə fikir və ideyalar irəli sürülüb, müasir dərsin təşkili formaları haqqında geniş izah verilib. Bundan başqa, müasir dərsin mərhələləri barədə və bu mərhələlərdə şagirdin fəallığının təşkili məsələləri qeyd olunub. Əsas diqqət şagird şəxsiyyətinin sosiallaşmasının istiqamətləndirilməsi probleminə yönəldilib. Burada şagirdin müasir dərsdə pedaqoji işin təşkili şəraitində ünsiyyət tələbatının ödənilməsi, habelə şagird kollektivində qarşılıqlı münasibətlər sisteminin yaradılması məsələləri qeyd olunmuşdur. Şagirdin şəxsi mövqeyinin önə çıxarılmasına istiqamətlənən proqramların fərdi xarakterdə tətbiqinə zərurət ondan irəli gəlir ki, bu şəraitdə hər bir təhsilalanın biliyinin fərdi inteqrasiyasına münbit sosialpedaqoji zəmin formalaşır. Qeyd etmək lazımdır ki, pedaqoji işə bu cür yanaşma təhsildə davamlı perspektivlərə yol açır. Pedaqoji işin qeyd etdiyimiz mahiyyətdə aparılması həm də təhsilin məzmun elementlərinin və dərsin strukturunun ayrı-ayrı mərhələlərinin pedaqoji-psixoloji əsasda sosial-məntiqi cəhətdən əlaqələndirilməsinə imkan verir. Məqalədə həm də təlimin keyfiyyətinin yüksəldilməsi yolları barədə geniş elmi yanaşmalar və praktik nümunələr göstərilmişdir.

Yayınlandığı Kaynak : Azərbaycan Məktəbi
  • Yıl : 2018
  • DOI : 10.32906/AJES/683.2018.02.05
  • Cilt : 2018
  • ISSN : 0134-3289
  • Sayı : 2
  • eISSN : 2617-8060
  • Sayfa Aralığı : 61-74
  • IO Kayıt No : 82443
  • Yayıncı : Azerbaycan Cumhuriyeti Eğitim Bakanlığı