Merhaba Misafir

Ali məktəb tələbələrində kreativliyin inkişaf etdirilməsi üçün təlim metodları

PDF

Məqalədə ali təhsil müəssisələrində tələbələrin kreativliyinin formalaşdırılması yolları nəzərdən keçirilir. Bu istiqamətdə fənlərin yaranma tarixi araşdırılır. Kreativ təhsil vermə təcrübəsinə malik ali təhsil müəssisələrində yaradıcılığın inkişafına zəmin yaradan təhsil proqramları haqqında məlumat verilir. Ali məktəb tələbələrində kreativliyin formalaşdırılmasına təsir göstərən amillər sadalanır. Bir çox nüfuzlu universitetlərin hazırda alternativ təlim mühiti olan virtual texnologiyalardan istifadə təcrübəsi şərh edilir, təlimin virtual təşkilinin üstünlükləri haqqında məlumat verilir. Təlim prosesinin informasiya texnologiyalarına əsaslanmaqla təşkilinin tələbələrdə tənqidi və kreativ təfəkkürün inkişafına təsiri, onları gələcək peşə fəaliyyətinə istiqamətləndirməsi, kreativliyi stimullaşdırması məsələləri öyrənilir. Maraqlananlar üçün kreativliyin inkişafını təmin edən proqramların hazırlanmasında məzmuna deyil, daha çox prosesə əhəmiyyət verilməsi, fasilitasiya qaydalarına əsaslanma, kollaborativ tələbəyönümlü öyrətmə metodlarından istifadənin və öyrənmənin dəstəklənməsinin əhəmiyyəti qeyd olunur.

Yayınlandığı Kaynak : Azərbaycan Məktəbi
  • Yıl : 2018
  • DOI : 10.32906/AJES/683.2018.02.03
  • Cilt : 2018
  • ISSN : 0134-3289
  • Sayı : 2
  • eISSN : 2617-8060
  • Sayfa Aralığı : 41-50
  • IO Kayıt No : 82441
  • Yayıncı : Azerbaycan Cumhuriyeti Eğitim Bakanlığı