Merhaba Misafir

Transfizika yoxsa, fizikadan sonra

PDF

Fizika maddi aləmin obyektiv xassələrini öyrənən təbiət elmlərindən biridir. O, bizi əhatə edən aləmin xassələrini və orada baş verən hadisələrin ümumi qanunlarını öyrənir. Hiss orqanlarının obyektində olan təbiətdəki bütün canlı və cansız varlıqlar fiziki cisim və ya cisim adlanır. Riyaziyyat, real həyatın miqdar və fəza münasibətlərinə dair məsələləri və xassələrini araşdırır. Diferensiyal tənliklər, ehtimal nəzəriyyəsi və bu kimi məsələlər fəza və miqdarın birbaşa atributudur. Fəlsəfəyə gəldikdə isə bu elmin tədqiq etdiyi obyekt hər bir şeyin alt qatı və təməli sayılan vücud və varlıq anlayışıdır. Gündəlik həyatımızda hər hansı bir şeylə qarşılaşdıqda onları var olaraq göstərir və cümlələrdə ifadə edirik; Yer var, göy var, insan var və bu kimi varlığı olan bütün hər bir şey. Lakin “varlıq” və bu həqiqətin birbaşa atributları haqqında fikirləşib, araşdırma aparmaq tədqiq olunması gərəkli olan digər əsas obyektdir və bu obyekti araşdıran elm isə metafizika və ya fəlsəfədir. Bəziləri metafizikanı fizika xaricində dayanan aləmin fenomenlərini araşdıran elm bilir və bu səbəbdən də metafizika sözünün tarixdə yanlış başa düşülməsinə zəmin hazırlamışdırlar. Halbuki metafizika və ya fəlsəfə qeyd və şərtlərdən azad olmuş varlıqdan danışır. Bu elm, transfizik fenomenləri araşdıran elm deyil, hətta “qeyri maddi” şərti ilə qeydlənmiş varlıqlar da təkliyində bu elmin tədqiq obyekti deyil. Buna görə varlığı xüsusi və dar çərçivədə bəhs obyekti etmək, onu öz həqiqi yerindən didərgin salmaqdır.

Yayınlandığı Kaynak : Metafizika
  • Yıl : 2018
  • Cilt : 1
  • ISSN : 2616-6879
  • Sayı : 3
  • Sayfa Aralığı : 75-86
  • IO Kayıt No : 78894
  • Yayıncı : Metafizika Araştırma Merkezi