Merhaba Misafir

Fars yazısındakı “əlef-e məğsure” (tətbiqi dilçilik müstəvisində)

PDF

Fars dilində işlənən ərəb qrafikasının xüsusiyyətləri, mürəkkəbliyi və çətinliklərini nəzərə alan mütəfəkkir alimlər, bəzən tədrislə məşğul olan müəllimlər, sadəcə, bu dilin təəssübkeşləri ərəb qrafikasını dəyişmədən yazıdakı çətinlikləri aradan qaldırmaq, islah etmək üçün çox çalışmışlar. Məlumdur ki, xətt dilin yazıda əks olunan simasıdır və dil “qrammatika” adlandırılan bir sıra qaydaqanunlara tabe olduğu kimi, yazı da bizim “orfoqrafiya” adlandırdığımız müəyyən qayda və qanunlar məcmusuna tabe olmalıdır. Uzun illərin araşdırması, tədqiqi, saysız-hesabsız təkliflər, tövsiyələr, müzakirələrdən sonra, nəhayət, 1381 (2003)-cü ildə İran İslam Respublikasının Dil və Ədəbiyyat Akademiyası fars dili yazısının simasının qorunması; yazının müstəqilliyinin qorunması; yazı ilə tələffüzün uzlaşması; yazı və oxunun sadələşdirilməsi kimi dilin yazı sistemi دستور خط فارسی “Fars dilinin orfoqrafiyası” adlı kitabı nəşr etdirdi. Burada fars dilinin yazı sistemi, xətti ilə əlaqədar çox mühüm amillər vardır: - fars dili yazısının simasının qorunması; yazının müstəqilliyinin qorunması; yazı ilə tələffüzün uzlaşması; yazı və oxunun sadələşdirilməsi və s. Biz bu tədqiqatımızda fars yazısına uyğun olmayan, başqa sözlə, fars dili orfoqrafiyasının yuxarıda verilmiş mühüm amillərinə, başlıca xüsusiyyətlərinə cavab verməyən “əlefe məğsurə” (yazıda » ی« hərfi ilə realizə olunan qısa əlif) - dən bəhs edəcəyik. Həm klassik, həm də müasir fars dilində ərəb dilindən alınmış bir çox söz və tərkiblər bu “qısaldılmış əlif”lə yazılır. Əslində elə buradaca da yazı ilə tələffüz arasında uzlaşma, uyğunluq pozulur.

Yayınlandığı Kaynak : Metafizika
  • Yıl : 2020
  • DOI : 10.29228/metafizika.2
  • Cilt : 3
  • ISSN : 2616-6879
  • Sayı : 1
  • Sayfa Aralığı : 25-42
  • IO Kayıt No : 108492
  • Yayıncı : Metafizika Araştırma Merkezi