Merhaba Misafir

Metafizika

“METAFİZİKA” jurnalı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, AMEA-nın nizamnaməsini, və öz nizamnaməsini rəhbər tutur. “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalıdır. Jurnalın əsas qayəsi fəlsəfə və interdisiplinar sahələrdə elm, təhsil və maarifçilik fəaliyyətini daha keyfiyyətli formada beynəlmiləl aləmə çatdırmaq, həmçinin Azərbaycan elminin inkişafını xarici indekslərdə göstərməkdir. “Metafizika” jurnalının əsas məqsədi fəlsəfənin müxtəlif sahələrində və elmlər arası bölmələrdə Azərbaycan eiminin tərəqqisinə yönəldilmiş fəlsəfə, sosial tədqiqatlar və araşdırmalar aparmaq, həmin tədqiqatların vahid prioritetlərə xidmət etməsi baxımından sistemləşdirilməsi və istiqamətləndirilməsini təmin etmək, bu fəaliyyət nəticəsində nailiyyətlər qazanmaqdır. Fəlsəfə, elm və multidisiplinar tədqiqat sahələri arasındakı əlaqəni asanlaşdırmaq, bu əlaqələr əsasında, onların kəsişməsində gedən tədqiqatları, vahid milli və ümumbəşəri prioritetlər istiqamətində genişləndirməkdir. Metafizika jurnalı 2017-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4144 nömrəsi ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında “Fəlsəfə və interdisiplinar” elmlər sahəsində beynəlxalq fəlsəfi və fənlərarası elmi jurnaldır. “Metafizika” jurnalı redaksiya heyəti tərəfindən idarə olunur. Jurnal rüblükdür. “Metafizika” jurnalı öz adı olan möhürə, ştampa və blanka malikdir. Həmçinin bir sıra beynəlxalq indekslərə müraciət etmiş və onların müsbət rəyini almışdır. Jurnalda Azərbaycan, Türk, Rus, İngiliz, Fars və Ərəb dillərində bütün məqalələr ekspertlər tərəfindən müsbət rəy alarsa, qəbul və çap olunur. Qeyd olunan dillərdə mütləq xülasə olmalıdır. Jurnala fəlsəfə və və fənlərarası araşdırmalar sahəsində aktual, müasir və orijinal məqalələr qəbul olunur.
Yıl :2018 Cilt : 1 Sayı: 3 Sayfa Aralığı : 5 - 23
Yıl :2018 Cilt : 1 Sayı: 3 Sayfa Aralığı : 24 - 41
Yıl :2018 Cilt : 1 Sayı: 3 Sayfa Aralığı : 42 - 56
Yıl :2018 Cilt : 1 Sayı: 3 Sayfa Aralığı : 57 - 74
Yıl :2018 Cilt : 1 Sayı: 3 Sayfa Aralığı : 75 - 86
Yıl :2018 Cilt : 1 Sayı: 3 Sayfa Aralığı : 87 - 114
Yıl :2018 Cilt : 1 Sayı: 3 Sayfa Aralığı : 115 - 140